“Realın”in hücumçusu Kilian Mbappe “Qızıl top”u qazanmaqla Çempionlar Liqasının qalibi olmağı müqayisə edib.
Bizim.Media xəbər verir ki, 26 yaşlı forvard Madrid təmsilçisi ilə ÇL-i qazanmağa üstünlük verdiyini deyib:
"Qızıl top" fərdi bir mükafatdır. Mən həmişə demişəm ki, "Real"da olmaq qiymətsizdir.
Çempionlar Liqasını qazanmaq və klubun tarixinin bir parçası olmaq istəyirəm. Öz məqsədlərim var. Mən qol vurmağı sevirəm, amma ən əsası La Liqa və Çempionlar Liqası da daxil olmaqla komanda ilə kuboklar qazanmaqdır”.
Kilian Mbappe ötən yay transfer pəncərəsində PSJ-dən ayrılaraq "Real"a keçib. Onun "kral klubu" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Bizim.Media
Mənbə: bizim.media