Futbol üzrə Türkiyə Superliqasında XXX turun daha 3 oyunu keçirilib.
Turun mərkəzi görüşündə "Fənərbağça" "Trabzonspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.
Matçda hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə qonaqların futbolçusu Denis Draquş açıb. İstanbul təmsilçisinin qolları isə ikinci hissədə vurulub. 51, 64 və 77-ci dəqiqələrdə Anderson Talişka, 60-cı dəqiqədə isə Milan Şkrinyar fərqlənib.
Günün digər oyunlarında "Bodrumspor" səfərdə "Alanyaspor"u, "Eyupspor" isə "Hatayspor"u 1:0 hesabı ilə məğlub edib. Tura aprelin 9-da 7-də keçiriləcək 2 oyunla yekun vurulacaq.
Hazırda turnir cədvəlinə 71 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədəki "Fənərbağça" liderdən cəmi 3 xal geri qalır. İlk "üçlüy"ü 51 xalla "Samsunspor" tamamlayır.
Mənbə: unikal.az