Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, turun mərkəzi görüşü Mançesterdə baş tutub. Derbidə iki əzəli rəqib - "Mançester Yunayted" və "Mançester Siti" komandaları üz-üzə gəliblər. "Qırmızı şeytanlar"ın meydanında oynanılan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Hazırda "şəhərlilər" 52 xalla 5-ci, "Mançester Yunayted" isə 38 xalla 13-cü sırada yer alıb.
Çempionatın vahid lideri "Liverpul" (73 xal) səfərdə "Fulhem"ə 2:3 hesabı ilə uduzub. Bundan başqa, "Tottenhem" öz meydanında "Sauthempton"u 3:1 hesabı ilə məğlub edib, "Brentford" - "Çelsi" matçında isə qapılara qol vurulmayıb.
Bizim.Media
Mənbə: bizim.media