Avtodiller “Avto Azerbaijan”nın prezidenti Emil İsmayılov Azərbaycanda yeni avtomobil parkının formalaşması üzün bir sıra imtiyazların tətbiq edilməsini təklif edib.
Banker.az xəbər verir ki, bu barədə o, Dövlət Vergi Xidmətinin “Post-pandemiya dövründə vergi sistemi” konfransında deyib.
Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən məhdudiyyətlər “avtomobil bazarı vəziyyəti son dərəcə çətinləşdirib. Rəsmi avto-dillerlərin fəaliyyətinə ciddi zərər vurub”.
E.İsmayılov qeyd edir ki, müqayisə dövründə işlənmiş və istismar müddəti 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalı vətəndaşların alıcılıq qabiliyyətinin aşağı olmasından və yeni avtomobillərin satışlarının stimullaşdırıcı amillərin olmamasından irəli gəlir.
“Nəticədə, ekoloji cəhətdən zərərli və köhnə avtomobillər ölkəyə idxal olunmuşdur”.
O, yaranmış vəziyyətdən çıxış yollarını araşdıraraq ölkənin avtomobil sektorunda dinamik inkişafına nail olmaq, satış göstəricilərini artırmaq, büdcəyə ayrılmış vergilərin həcmini yüksəltmək, iş yerlərinin qorunub saxlanması və bütövlükdə ölkə və cəmiyyətin inkişaf naminə Azərbaycan Avtomobilləri Assosiasiyası tərəfindən bir sıra təkliflər verib.
E.İsmayılovun təklifi belədir:
1-ci yeni avtomobillər üçün imtiyaz və güzəştlərin olunması.
2-ci ekoloji təmiz avtomobillərin (e-car və hybrid mühərrikli) idxalında təşviq və imtiyazların olunması.
3-cü ölkədə sivil ikinci əl avtomobillər bazarının formalaşması. Bu o deməkdir ki, rəsmi dillerlərdən əldə edilmiş avtomobillər satan zaman ƏDV əlavə etməlidirlər. Bu da o deməkdir ki, qara bazarla müqayisədə rəqabətliliyi aşağı salır.
Mənbə: banker.az