Metronun "Gənclik" stansiyasından "Bakmil"ə doğru hərəkət edən qatar 7 dəqiqədir ki, platformada qalıb.
Bu barədə sərnişinlər məlumat verib.
Problemin hansı səbəbdən qaynaqlandığı hələki məlum deyil.
Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bununla bağlı məlumat paylaşılacağını bildirib.
Mənbə: axar.az