Rövşən Hüseynli millidən kənarlaşdırılmasından yazdı

Rövşən Hüseynli millidən kənarlaşdırılmasından yazdı

Azərbaycan futzal yığmasının qapıçısı Rövşən Hüseynli milli komandadan kənarlaşdırılmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə özünün feysbuk hesabında yazıb.

R.Hüseynli millinin baş məşqçisi Joze Alesio ilə aralarında nəyin baş verdiyini açıqlayıb:

“Ardıcıl iki oyundan sonra yola çıxmaq çətin olsa da, 6 aprel 03:00 reysi ilə Astanadan Bakıya yola düşdüm. Səhər saat 7-8-də evə çatdım, axşam 21:00-23:00 məşqində iştirak etdim. Məşqdən sonra başa düşülən məlum məsələləri deyib növbəti gün saat 12:00-dakı məşqə gələrək komandaya qoşula bilərəmmi deyə müraciət etdim. Yox cavabı aldım, mən də səbəbləri izah edib evə getdim. Hazır məşq etmək üçün tez gəldiyim halda indi intizamsızlıqla kənardayam”.

Mənbə: qafqazinfo.az