Misli Premyer Liqasında XXIX tur başa çatıb.
Axar.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub. Günün ilk görüşündə "Neftçi" səfərdə "Şamaxı"nı iki cavabsız qolla üstələyib. Digər qarşılaşmda da eyni hesab qeydə alınıb. “Araz Naxçıvan” öz meydanında “Sumqayıt”a qalib gəlib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.
Mənbə: axar.az